Azərbaycan cüdoçuları Yay Olimpiya Oyunlarında
BOK
03.08.2024, 17:01
Cüdo bütün dünyada populyar olan döyüş sənəti idman növüdür. Başlanğıcı yaponların qədim güləş növü olan sumoya söykənən, cui-citsu döyüş təliminin əsasında formalaşan cüdonun yaranma tarixi 1882-ci ilə təsadüf edir. Məhz bu ildə Ciqoro Kano (1860-1938) cüdonun əsas qaydalarının, məşq prinsiplərinin, mübarizə üsullarının təməlini qoyan məktəb açdı. Yaponca "cü" çevik, elastik, yumşaq, "do" isə yol deməkdir. Ciqoro Kanonun qlobal səyləri nəticəsində XX əsrin əvvələrində cüdo Asiya qitəsinin hüdudlarını aşaraq, Fransa, İngiltərə, Braziliya, Belçika, Niderland, İspaniya kimi inkişaf etmiş ölkələrdə geniş yayılmağa başlayıb və qısa zamanda geniş şöhrət qazandı. Cüdonun kütləviləşməsində göstərdiyi bu fövqəladə bacarığına və xidmətlərinə görə Ciqoro Kano Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, habelə Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçildi. Beynəlxalq Cüdo Federasiyası 1951-ci ildə, Avropa Cüdo Birliyi isə 1952-ci ildə yaradıldı. 1956-cı ildə Tokioda ilk dünya çempionatı keçirilib və iki il sonra Parisdə təkrarlandı. Əvvəlcə cüdoda çəki dərəcələrinə bölünmə yox idi və hər iki dünya çempionatında yaponlar qalib gəldilər. Lakin 1961-ci ildə keçirilmiş dünya çempionatında niderlandlı Anton Hessinkin çempion olması yaponların şöhrətinə zərbə endirdi və bu onları məcbur etdi ki, çəki dərəcələri sistemini yarışlırda tədbiq etsinlər. İlk çəki dərəcələri belə olmuşdur: 68 kq, 80 kq, +80 kq və mütləq çəki dərəcəsi. Mütləq çəkidə çəkisindən asılı olmayaraq bütün cüdoçular güləşə bilərdilər. 1964-cü ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edən yaponlar cüdonun Olimpiya oyunlarının proqramına daxil olunmasına nail oldular. Təkcə 1968-ci il Olimpiya Oyunlarında cüdo proqrama daxil olunmamışdır. 1972-ci ildə Münhendə Olimpiya Oyunlarında isə cüdo proqrama yenidən daxil olundu və indiyə qədər də bu davam edir. Bu gün cüdo idman növü Azərbaycanda da yetərincə kütləvilik qazanıb və sevilir. Təsadüfi deyil ki, Azərbaycan idmançıları cüdo üzrə keçirilən dünya və Avropa çempionatları ilə yanaşı, Olimpiya Oyunlarında da uğurla çıxış edərək ölkəmizə medallar qazandırırlar. Cüdo üzrə Azərbaycanın ilk Olimpiya çempionu Nazim Hüseynovdur. 1992-ci ildə Barselonada keçirilən olimpiadada MDB yığmasının tərkibində çempion olan Nazim Hüseynov cüdo üzrə ilk azərbaycanlı Olimpiya çempionu kimi adını idman tariximizə qızıl hərflərlə yazdırdı. Eyni uğuru 2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Elnur Məmmədli təkrarladı. -73 kq çəki dərəcəsində qüvvəsini sınayan Elnur ilk olaraq, belçikalı rəqibi Dirk Van Tiçelt üzərində inamlı qələbə qazandı. Cüdoçumuz növbəti görüşdə Belarus idmançısı Konstantin Semyonovu da çətinlik çəkmədən məğlub etdi. Üçüncü görüşdə isə o, Koreya Xalq Demokratik Respublikasını təmsil edən Çol Su Kimi məyus edərək, yarımfinala yüksəldi. Elnur artıq 54-cü saniyədə rəqibinin kürəyini yerə vursa da, hakimlər cüdoçumuza xal vermədi. Bununla belə, E.Məmmədli hücumlarını davam etdirərək, saxlama fəndi ilə qələbə qazandı. Burada onun rəqibi favoritlərdən sayılan, güclü yapon cüdoçusu Yusuke Kanamarunu erkən məğlub etmiş iranlı Əli Malomat oldu. Əvvəlki qarşılaşmalarda olduğu kimi, bu görüşdə də rəqibi məğlub etmək üçün Elnura çox vaxt lazım olmadı. Beləliklə, 20 yaşlı gənc idmançımız finala vəsiqə qazandı. Həlledici mərhələdə Elnur Məmmədli “köhnə tanışı” koreyalı Ki Çun Vanqla üz-üzə gəldi. Gənclər arasında dünya birinciliyinin yarımfinalında və Olimpiya lisenziyalı dünya çempionatının finalında Elnurdan üstün olmuş koreyalıdan revanş almaq üçün yaranmış bu əlverişli şansı bu dəfə həmyerlimiz əldən vermədi və onu 13 saniyə ərzində təmiz qələbə ilə - “ippon”la məğlub etdi. Bu, müstəqil Azərbaycanın Olimpiya Oyunlarının cüdo yarışlarında əldə etdiyi ilk qızıl medalı idi. Qeyd edək ki, cüdo ustası Elnur Məmmədli keçirdiyi 5 görüşün 5-ni də təmiz qələbə ilə başa vuraraq Olimpiya Oyunlarının qalibi olmaqla yanaşı, həm də bir növ ən qısa vaxt ərzində rəqiblərini məğlub etməklə, yeni rekorda imza atdı. Yarışları izləyən Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev -73 kiloqram çəki dərəcəsində cüdoçulara medalların təqdim olunması mərasimində iştirak etdi.
XXIX Pekin Yay Olimpiya Oyunlarında Azərbaycanın sonuncu çıxış edən cüdoçusu Mövlud Mirəliyev də olimpiadanın mükafatçıları sırasında yer aldı. -100 kq dərəcəsində qüvvəsini sınayan idmançımız Pekin-2008-in bürünc medalına sahib çıxdı. Azərbaycan cüdoçularının Yay Olimpiya Oyunlarındakı növbəti uğuru Braziliyada təşkil olunan Rio Olimpiadasına təsadüf etdi. Cüdo yığmamız Rio-2016-da Rüstəm Orucov (-73 kq) və Elmar Qasımovun (-100 kq) sayəsində iki gümüş medal qazandı.
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Olimpiya Oyunlarında isə Azərbaycan komandası cüdo idman növündə ən böyük uğuruna nail oldu. Komandamızın üzvlərindən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) Olimpiya çempionu adını qazanaraq Fransada iki dəfə Azərbaycan himnini səsləndirdilər. Cüdo yarışlarının üçüncü günündə tatami üzərinə çıxan dünya və dördqat Avropa çempionumuz Hidayət Heydərov mübarizəyə 1/8 final mərhələsindən başladı. Cüdoçumuzun ilk rəqibi Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı israilli Tohar Bitbul oldu. Görüşü qələbə ilə başa vuran təmsilçimiz 1/4 finala vəsiqə qazandı. Cüdo yığmamızın lideri növbəti mərhələlərdə kanadalı Artur Margelidon və kosovalı Akil Qyakova da qalib gələrək finala vəsiqə əldə etdi. Həlledici mərhələdə cüdoçumuzun rəqibi fransalı Con Benjamin Qaba oldu. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə qalib gələn Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında komandamıza ilk qızıl medalı qazandırdı. Beləliklə, Hidayət Heydərov bu il Avropa və dünya çempionluqlarının ardından Olimpiya medalını da qazanaraq Fransada Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnimizi səsləndirdi. Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti qızıl medalını cüdo üzrə dünya və Avropa çempionumuz Zelim Kotsoyev qazandırdı. -100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz 1/8 finalda polşalı Pyotr Kuçeraya, 1/4 finalda isə İsrail təmsilçisi Peter Palçikə qalib gəldi. Təmsilçimiz finala gedən yolda özbəkistanlı Muzaffarbek Turoboyevi (Özbəkistan) məğlub etdi. Həlledici görüşdə idmançımızın rəqibi dünya reytinqində ikinci pillədə qərarlaşan gürcüstanlı İlya Sulamanidze oldu. Gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalan görüşdə Zelim Kotsoyev rəqibinə qalib gələrək Olimpiya çempionu adını qazandı. Bununla da Azərbaycan komandası Paris-2024 Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazandı. Beləliklə, cüdoçularımız bir olimpiadada ölkəmizə iki qızıl medal qazandıraraq yeni bir tarixi səhifə açdılar. Cüdo millimiz bu nəticə ilə Yaponiya komandasından (3 qızıl, 1 gümüş, 3 bürünc) sonra cüdo yarışlarını ümumi hesabda və kişilər arasında ikinci yerdə başa vuraraq tarixi nəticəyə nail oldular. Bu, Azərbaycanın müstəqillik qazandıqdan sonra Olimpiya Oyunlarında əldə etdiyi 51-ci medalı oldu. Azərbaycan komandası müstəqillik qazandıqdan sonra Olimpiya Oyunlarda ümumilikdə müxtəlif idman növləri üzrə 51 (9 qızıl, 14 gümüş, 28 bürünc) medal qazanıb.
Dilqəm Quliyev, pedaqogika üzrə elmlər doktoru, professor
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol