Hərbi bayraq öpən cüdoçu barədə BOK-dan reaksiya

Hərbi bayraq öpən cüdoçu barədə BOK-dan reaksiya

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) kommunikasiyalar üzrə direktoru Mark Adams Paris-2024 Yay Olimpiya Oyunlarında bürünc medal qazandıqdan sonra hərbi bayrağı öpən israilli cüdoçu barədə açıqlama verib.

“Təbii ki, biz bu işə baxacağıq. Videoya baxmamışam, amma biz İsrail Milli Olimpiya Komitəsinə idmançıların davranışı barədə mütləq xatırlatma edəcəyik”, - deyə Mark Adams bildirib.