Anna Skidan Paris-2024-də mübarizəyə başladı

Anna Skidan Paris-2024-də mübarizəyə başladı

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən atletika yarışları davam edir. Komandamızı bu idman növündə təmsil edən Anna Skidan da olimpiadada mübarizəyə start verib. Atletikanın çəkicatma növündə çıxış edən 32 yaşlı təmsilçimiz təsnifat mərhələsinə A qrupundan başlayıb. Dünya reytinqinin 7-ci pilləsində qərarlaşan idmançımızın ilk cəhdi 69,58, ikinci cəhdi isə 69,04 metr olub. Anna Skidan üçüncü cəhdində isə 72,55 m nəticə göstərib. Təmsilçimiz hazırda bu nəticə ilə A qrupunda üçüncüdür. B qrupunda çıxış edən idmançıların nəticələrindən sonra Anna Skidanın final mərhələsinə vəsiqə qazanması müəyyənləşəcək.

Qeyd edək ki, final mərhələsinə vəsiqə qazanmaq üçün ilk 12 yeri tutmaq lazımdır.

Anna Skidan Paris-2024-də mübarizəyə başladı Anna Skidan Paris-2024-də mübarizəyə başladı Anna Skidan Paris-2024-də mübarizəyə başladı Anna Skidan Paris-2024-də mübarizəyə başladı Anna Skidan Paris-2024-də mübarizəyə başladı Anna Skidan Paris-2024-də mübarizəyə başladı Anna Skidan Paris-2024-də mübarizəyə başladı