Yunan-Roma güləşçimiz Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb. 130 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb. Rəqibinə qalib gələn (4:0) Sabah Şəriəti yarımfinala vəsiqə qazanıb. Güləşçimiz finala gedən yoldadordqat Olimpiya çempionu kubalı Mixain Lopeslə qarşılaşacaq.
Qeyd edək ki, idmançımız 1/8 finalda estoniyalı Heyki Nabiyə qalib gəlmişdi.