Sabah Şəriəti Paris-2024-ü medalsız başa vurdu

Sabah Şəriəti Paris-2024-ü medalsız başa vurdu

Olimpizm xəbərləri

06.08.2024, 22:25

Paris-2024 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə üçüncü yer uğrunda görüşlərə start verilib. 130 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız Sabah Şəriəti də üçüncü yer uğrunda görüşə çıxıb. Həlledici mərhələdə idmançımızın rəqibi iranlı Amin Mirzəzadə olub. Görüş rəqib idmançının 4:0 hesablı qələbəsi ilə başa çatdığından güləşçimiz Paris-2024-ü beşinci yerdə başa vurub.

Qeyd edək ki, Sabah Şəriəti 1/8 finalda estoniyalı Heyki Nabiyə, növbəti mərhələdə isə qazaxıstanlı Alimxan Sızdıkova qalib gəlsə də yarımfinalda kubalı dördqat Olimpiya, beşqat dünya çempionu Mixain Lopesə məğlub olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR