Paris-2024 Yay Olimpiya Oyunlarında qələbə uğrunda gərgin mübarizə davam edir. İdmançılarımızın əldə etdikləri nəticələr operativ şəkildə ölkəmizin televiziya tamaşaçılarına və geniş oxucu auditoriyasına çatdırılır. Bu işdə Paris-2024-də təmsil olunan KİV nümayəndələrinin də böyük əməyi vardır. Parisə ezam olunan ölkəmizin KİV nümayəndələri arasında CBC Sport telekanalının əməkdaşı Şəmsəddin Abbasov da var. Olimpiya həyəcanının artdığı bu ərəfədə CBC Sport telekanalının İnformasiya departamentinin direkoru Şəmsəddin Abbasovun doğum günüdür. Fürsətdən istifatə edib dəyərli həmkarımızı doğum günün münasibəti ilə təbrik edir , ona cansağlığı, səmərəli fəaliyyətində uğurlar arzulayırıq!
CBC sportun əməkdaşı ad gününü Paris-2024-də qeyd edir