Pəhləvanımız Paris-2024-ə qələbə ilə başladı

Pəhləvanımız Paris-2024-ə qələbə ilə başladı

BOK

08.08.2024, 14:27

Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçirilən sərbəst güləş yarışları davam edir. Bu gün daha bir təmsilçimiz Osman Nurmaqomedov mübarizəyə başlayıb. 86 kq çəki dərəcəsində qüvvəsini sınayan pəhləvanımız 1/8 finalda monqolustanlı Baasanyarqal Byambasurenlə qarşılaşıb. Görüş idmançımızın 11:2 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçimiz qələbə sayəsində 1/4 finala vəsiqə qazanıb. Güləşçimizin növbəti mərhələdəki rəqibi san marinolu Nazem Amin olacaq.

Xatırladaq ki, daha əvvəl mübarizəyə başlayan sərbəst güləşçimiz əliabbas Rzazadə ilk görüşdə Özbəkistan təmsilçisi Qulomjon Abdullayevə məğlub olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR