Alfonso Dominqes: "Azərbaycan bayrağını təmsil etmək gözəl duyğudur"

Alfonso Dominqes: "Azərbaycan bayrağını təmsil etmək gözəl duyğudur"

"Azərbaycan adını təmsil etmək böyük hissdir".

Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes çıxışı barədə jurnalistlərə açıqlamasında deyib.

O, dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: "Sizin dəstəyiniz sayəsində bura kimi gəldim. Azərbaycan bayrağını təmsil etmək gözəl duyğudur. Bu ölkə mənə çox inandı və bunun qarşılığında medal qazandım. Hər birinizə minnətdaram".

Qeyd edək ki, Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan komandasına gümüş medal qazandırıb.