Bu gün "Sabah" və "Zirə" komandaları Konfrans Liqasında cavab oyununa çıxacaq

Bu gün \"Sabah\" və \"Zirə\" komandaları Konfrans Liqasında cavab oyununa çıxacaq

Olimpizm xəbərləri

15.08.2024, 10:07

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azərbaycan təmsilçilərindən "Sabah" və "Zirə" komandaları da bu gün III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxacaq. "Sabah" Masazırda İrlandiyanın "Sent Patriks Atletik" klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə" klubu isə Xorvatiyanın "Osiyek" klubu ilə qarşılaşacaq. "Dalğa Arena"da keçiriləcək oyun saat 20:30-da başlayacaq.  

Qeyd edək ki, "Zirə" ilk görüşdə Xorvatiya klubu ilə heç-heçə (1:1) edib. "Sabah" isə İrlandiyada rəqibinə 0:1 hesabı ilə məğlub olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR