Parakamandan oxatma üzrə Azərbaycan millisinin üzvü çıxışını başa vurdu

Parakamandan oxatma üzrə Azərbaycan millisinin üzvü çıxışını başa vurdu

Parakamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Cahan Musayev Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəni dayandırıb.

1/6 finalda iranlı Məhəmmədrza Əmiri ilə qarşılaşan idmançımız rəqibinə 4:6 hesabı ilə uduzub.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 1 bürünc medal var. Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.