Şarl Lekler: "Bakı treki sadəcə mənim sürmə tərzimə uyğun gəlir"

Şarl Lekler: "Bakı treki sadəcə mənim sürmə tərzimə uyğun gəlir"

"Ferrari"nin fransalı pilotu Şarl Lekler Bakıda ardıcıl dördüncü dəfə pouldan (sıralamada birinci yerdə yer alan avtomobil) başlayıb.

Bakı trekində trasında indiyə qədər qələbəsi olmayan "Ferrari" sürücüsü bu dəfə də uğur qazana bilməyib. O finişi ikinci yerdə keçib.

Hələ yarışdan qabaq medianın sualını cavablandıran Lekler Bakı treki barədə fikirlərini bildirib.

Bakı treki sadəcə mənim sürmə tərzimə uyğun gəlir. Şəhərdəki dövrənin çox hissəsi sükanı idarə etmək və vaxt qazanmağa sərf olunur. Nədənsə bu trekdə həmişə öz ritmimi tapmağı bacarmışam. Ona görə də yaxşı nəticələr göstərə bilərəm.