BOK-un rəhbər vəzifəsinə namizədlərin siyahısı açıqlandı

BOK-un rəhbər vəzifəsinə namizədlərin siyahısı açıqlandı

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri vəzifəsinə namizədlərin siyahısı açıqlanıb. "Olimpnews.az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıda 7 namizədin adı yer alıb. Namizədlər arasında Beynəlxalq Atletika Federasiyasının rəhbəri Sebastyan Kou (Böyük Britaniya), Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe (Yaponiya), Beynəlxalq Velosipedçilər Assosiasiyasının rəhbəri David Lappartyen (Fransa), Beynəlxalq Xizək İdmanı və Snoubord Federasiyasının rəhbəri Yohan Eliaş (İsveç), BOK-un mərhum prezidenti Xuan Antonio Samarançın ad və soyadını daşıyan oğlu və hazırda Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti olan Xuan Antonio Samaranç (İspaniya), İordaniya kralı Feysəl ibn Hüseyn və BOK-un İCraiyyə Komitəsinin üzvü Kirsti Koventrinin (Zimbabve) adları var. 

Qeyd edək ki, ötən ay BOK-un hazırkı prezidenti Tomas Baxın yenidən təşkilata rəhbərlik etməyəcəyi dəqiqləşib. O, 2013-cü ildən komitəyə rəhbərlik edir. Qrumun prezidenti seçkiləri 2025-ci ilin martında Yunanıstanda keçiriləcək.