Bilyard üzrə ölkə çempionatı keçiriləcək

Bilyard üzrə ölkə çempionatı keçiriləcək

Azərbaycanda bilyardın dinamik piramida növü üzrə ölkə çempionatı keçiriləcək.

Azərbaycan Bilyard Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ən güclü oyunçuların bir araya gələcəyi turnirdə bu idman növünə marağı olan hər kəs iştirak edə bilər.

Qeyd edək ki, çempionat oktyabrın 5-7-də baş tutacaq.