Azərbaycan avarçəkənləri bu gün Macarıstanın Seqed şəhərində start götürəcək kayak və kanoe üzrə “Olimpiya ümidləri” beynəlxalq turnirində iştirak edəcəklər.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidmətindən məlumat verilən məlumata görə, Amil Ramazanov, Əlimurad Hacızadə, Niyaz Məlikov və Elvin Əliyev kayak, Cavid Vəlizadə isə kanoe növündə mübarizə aparacaqlar.
Sentyabrın 22-dək davam edəcək beynəlxalq turnirdə idmançılarımıza böyük məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudz rəhbərlik edəcək.