Beynəlxalq turnir 7 medalla yadda qaldı

Beynəlxalq turnir 7 medalla yadda qaldı

Azərbaycanın yeniyetmə boksçuları Belarusun Jabinka şəhərində keçirilən beynəlxalq turniri 7 medalla başa vurublar.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bütün rəqiblərinə qalib gələn İmran Axundov (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Qasımovla (50 kq) Haqverdi Həsənov (63 kq) gümüş, Sübhan Babayev (57 kq) və Əflatun İsmiyev (54 kq) isə bürünc mükafata yiyələniblər.