Paris-2024 üçün satılan biletlərin sayı müəyyənləşib

Paris-2024 üçün satılan biletlərin sayı müəyyənləşib

Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Toni Estanqe yarış zamanı 12 milyon 132 min 647 biletin satıldığını bildirib. “Paris-2024 Olimpiadası üçün bu qədər biletin satılması bizi sevindirməyə bilməz. Biz bu işi 95 faiz yerinə yetirmişik. Ən çox bilet sayı atletika yarışlarının payına düşür. Sonrakı pillədə velosiped yarışı əksəriyyət təşkil edib", - deyə RMC Sport Estanqedən sitat gətirib.