Polşalı qapıçı "Barselona"da 

Polşalı qapıçı "Barselona"da 

İspaniyanın "Barselona" klubu karyerasını başa vuran polşalı qapıçı Voytsex Şestniy ilə müqavilə imzalayıb. Azad agent olaraq Kataloniya təmsilçisinə qoşulan 34 yaşlı qapıçı ilə mövsümün sonuna qədər müqavilə imzalanacaq. Voytsex Şestniy yaxın günlərdə İspaniyada tibbi müayinələrdən keçəcək. 

Qeyd edək ki, kataloniyalılar əsas qapıçısı Mark-Andre ter Şteqenin zədələnərək, mövsümün sonuna qədər sıradan çıxmasından sonra yeni əlcək sahibi axtarışında idilər.