Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində keçirilən beynəlxalq turnirdə 2 gümüş medal qazanıblar.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, “Xadartsov qardaşları kuboku”nda İslam Bazarqanov (57 kq) və Ağanəzər Novruzov (74 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Turnirdə məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında milli komandanın bir neçə üzvü iştirak edib.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən I dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyub.