Zəka sahibləri ölkə çempionatında bir araya gələcəklər 

Zəka sahibləri ölkə çempionatında bir araya gələcəklər 

Oktyabrın 4-7-də Respublika Şahmat Mərkəzində rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, yarışda ümumilikdə 50-dən çox iti zəka sahibinin mübarizə aparacağı gözlənilir.

Azərbaycan çempionatının ümumi mükafat fondu 8000 manat təşkil edəcək. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.

Qeyd edək ki, Azərbaycan çempionatı rapid və blits üzrə dünya çempionatına seçim xarakteri daşıyır. Ölkə çempionatlarında ilk 3 yeri tutan şahmatçı ABŞ-ın Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına ezam olunacaq.