Azərbaycan tamblinqçiləri Böyük Britaniyada iki medala sahib çıxdılar

Azərbaycan tamblinqçiləri Böyük Britaniyada iki medala sahib çıxdılar

 

Azərbaycan gimnastları Böyük Britaniyanın Telford şəhərində keçirilən beynəlxalq turnirdə iştirak ediblər. Komandamızız üzvləri turniri 1 qızıl və 1 bürünc medalla başa vurublar. Tamblinq üzrə yarışda idmançılarımızdan Aleksey Karataşov gənclər kateqoriyasında qızıl medala layiq görülüb. Komandamızın digər üzvü Bilal Qurbanov isə böyüklər arasında bürünc medala sahib çıxıb.