Məşhur tennis əfsanəsi karyerasını başa vurur 

Məşhur tennis əfsanəsi karyerasını başa vurur 

İspaniyalı məşhur tennisçi Rafael Nadal karyerasını bitirəcəyini açıqlayıb.

Tanınmış raketka ustası qərarını 12 dildə yayımladığı videomüraciətlə elan edib.

O, noyabrın 19-24 İspaniyada təşkil olunacaq Devis Kuboku turnirindən sonra tennislə vidalaşacağını bildirib.

Qeyd edək ki, Rafael Nadal 22 dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub.