Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti Requla Meyeri qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir qonağa ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Görüşdə Beynəlxalq Xizək Alpinizmi Federasiyası ilə əlaqələr, Azərbaycanda xizək alpinizminin inkişafı və gələn il ölkəmizdə keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokuna hazırlıq istiqamətində görülən işlər müzakirə edilib.
Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova və Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov da iştirak ediblər.