Sidney-2000 Yay Olimpiya Oyunlarının suyatullanma üzrə rusiyalı qalibi Yuliya Paxalina 20 ildən sonra öz vətəninə qayıtmaq istəyir. Uzun müddət ABŞ-da yaşayan idmançı bu barədə TASS agentliyinə açıqlama verib.
“Mən Moskvaya köçmək istəyirəm. Doğma şəhərim və vətənim üçün çox darıxmışam. ABŞ mənim yaşadığım yerdir. Özümü indi yaşadığım ölkəyə aid hiss etmirəm”, - deyə Yuliya Paxalina bildirib.
Məlumat üçün bildirək ki, 47 yaşlı Olimpiya çempionunun medal kolleksiyasında üç gümüş və bir bürünc medalı var. Onun adı ABŞ-da Beynəlxalq Üzgüçülük Şöhrət Zalına daxil edilib.