“Səbail” komandasının baş məşqçisi Şahin Diniyev istefa verib.
Mütəxəssis bu qərarını Misli Premyer Liqasının XII turunda “Kəpəz”ə 0:1 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında açıqlayıb. “Səbail” bu mövsüm Şahin Diniyevin rəhbərliyi altında XII turdan sonra topladığı 7 xalla 9-cu sırada qərarlaşıb.