“Səbail” yeni baş məşqçisi ilə 1,5 illik müqavilə imzalayıb

“Səbail” yeni baş məşqçisi ilə 1,5 illik müqavilə imzalayıb

Olimpizm xəbərləri

12.11.2024, 15:53

“Səbail” yeni baş məşqçisi Cavid Hüseynovla müqavilənin detallarını açıqlayıb.

Klubdan verilən məlumata görə, 36 yaşlı mütəxəssislə imzalanmış sözləşmənin müddəti 2025/2026-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Komanda yeni çalışdırıcının rəhbərliyi altında ilk məşqinə noyabrın 13-də çıxacaq.

Qeyd edək ki, Cavid Hüseynov son olaraq “Turan Tovuz” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb. O, “Səbail”də Şahin Diniyevi əvəzləyib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR