BMT-nin Baş katibi ölkələri yeni iqlim maliyyəsi hədəfi barədə razılığa gəlməyə çağırıb
Olimpizm xəbərləri
12.11.2024, 18:52
Noyabrın 12-də COP29 çərçivəsində itki və zərərlərə cavab məqsədilə maliyyələşdirmə tədbirləri üçün koordinasiya və tamamlama mexanizmləri üzrə yüksəksəviyyəli illik dialoqun açılış tədbiri olub.
İtki və Zərərlərə Cavab Fondunun idarə heyətinin həmsədri Riçard Şerman itkilərə və zərərlərə cavab vermək məqsədilə maliyyə dəstəyini artırmaq üçün ölkələr səviyyəsində əlaqələndirilmiş fəaliyyəti irəli aparmaq və qüvvələri səfərbər etmək məqsədilə illik dialoqun yaradılmasının əhəmiyyətli hadisə olduğunu deyib.
BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişmələrinin mənfi təsirlərindən danışaraq, dünyada temperaturun yüksəlməsinin getdikcə daha təhlükəli hala çevrildiyini, nəticədə ötən dövrdə ən isti gün, ən isti ay, ən isti il və ən isti onilliyin müşahidə olunduğunu bildirib. “İqlim fəlakətləri artır. Biz iqtisadiyyatların dağıldığını, insanların həlak olduqlarını, dolanışıq vasitələrinin itirildiyini və inkişafın dayandığını görürük”, - deyən Baş katib əlavə edib ki, İtki və Zərərlərə Cavab Fondunun yaradılması inkişaf edən ölkələr, çoxtərəflilik və ədalət üçün qələbədir. Amma onun 700 milyonluq ilkin kapitallaşması həssas təbəqəyə dəyən ziyanı aradan qaldırmaq üçün yetərli deyil. Bu, hətta sentyabrda “Yaqi” qasırğasının Vyetnama vurduğu ziyanın dörddəbirini ödəməyə belə imkan vermir. Bu səbəbdən də tələb olunan maliyyələşmə məsələsində ciddi düşünməliyik.
Antonio Quterreş ölkələri fonda yeni vəsaitlər ayırmağa, yeni iqlim maliyyəsi hədəfi barədə razılığa gəlməyə çağırıb.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev iqlim dəyişmələrinin təsirlərinin hər gün hiss olunduğunu bildirib, ekstremal hava hadisələrinin insanların dolanışıq vasitələrini, mədəni irsi məhv etdiyini, sakinləri öz evlərini tərk etmək məcburiyyətində qoyduğunu deyib. Ona görə də itki və zərərin qarşısının alınması COP29 Sədrliyinin ambisiyaları artırmaq planının əsas prioritetlərindən biri müəyyən edilib.
COP29-un Prezidenti tədbirin fonda vəsaitlərin axınına, onların ən çox ehtiyac duyulan yerə yönəldilməsi məsələsini müzakirə etməyə imkan verəcəyini, bu çərçivədə ev sahibliyi, qəyyumluq və ianəçi müqavilələrinin imzalanacağını bildirib. O, ən çox zərər çəkən icmaların ehtiyaclarını daha effektli şəkildə qarşılaya bilmək üçün ölkələri daha çox maliyyə öhdəlikləri götürməyə çağırıb, maliyyələşmədən başqa, texniki yardımın da göstərilməsinin vacibliyini vurğulayıb.
M.Babayev bu gün işə salınan illik yüksəksəviyyəli dialoqun itki və zərərə cavab verməkdə daha səmərəli fəaliyyət göstərmək səylərində mühüm vasitə olacağını diqqətə çatdırıb, müxtəlif maraqlı tərəflər arasında bilik və təcrübə mübadiləsini təşviq edəcəyinə əminliyini bildirib.
COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin müavini Abdulla Balalaa İtki və Zərərlərə Cavab Fondunun yaradılmasının siyasi iradədən xəbər verdiyini qeyd edərək vurğulayıb ki, iqlim dəyişmələrinin səbəb olduğu zərərlərin qlobal iqtisadiyyata 38 trilyon ABŞ dollarına başa gələcəyi proqnozlaşdırılır. Bunun qarşısını almaq, daha doğrusu, ziyanı azaltmaq ölkələr arasında əlaqələndirməni gücləndirmək, məlumat mübadiləsini təşviq etmək və ən əsası, resursları geniş miqyasda səfərbər etmək üçün vahid səy tələb edir.
Dünya Bankının prezidenti Acay Banqa, İtki və Zərərlərə Cavab Fondunun icraçı direktoru Brahima Şeyx Dionq və digərləri mövzuya dair çıxışlar edib, müzakirələr aparılıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol