Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Vasif Səlimov (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Elcan Əliyev (78) isə bürünc medal əldə edib.