MOK-da əməkdaşlıq memorandumu imzalanıb
Olimpizm xəbərləri
09.01.2025, 14:17
Yanvarın 9-da Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən imzalanma mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, mətbuat katibi Murad Fərzəliyev, Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov, Audiovizual sənayenin təhlili və strateji inkişafı şöbəsinin müdiri Rüfət Qarazadə, Azərbaycan Kinematoqrafçıları İttifaqı idarə heyətinin üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Arzu Qulamov iştirak edib.
Əməkdaşlıq memorandumu Milli Olimpiya Komitəsi ilə Azərbaycan Kino Agentliyi arasında Azərbaycan idmanı və idman nailiyyətlərinin kino vasitəsi ilə birgə təbliğini nəzərdə tutur.
Memorandumun imzalanmasının əsas məqsədi Azərbaycan kinosunda idman və olimpizm mövzusunda bədii, sənədli filmlərin ssenarilərin yazılması, qısa və tammetrajlı filmlərin çəkilməsi təşəbbüslərini dəstəkləmək, inkişaf etdirmək, beynəlxalq idman filmləri festivalının daimi keçirilməsi, Azərbaycanın müxtəlif bölgələrində və azad olunmuş ərazilərdə yaşayan vətəndaşlara idman filmlərini, sağlam həyat tərzini, olimpizm prinsiplərini təbliğ etmək, müzakirələr və görüşlər təşkil etmək vəzifələrini özündə birləşdirir.
Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idman filmlərinin ölkəmizdə maraqla qarşılandığını bildirib. "Biz bu işə Milli Olimpiya Komitəsi olaraq, çoxdan başlamışıq. Olimpiya çempionlarımız haqqında bir sıra filmlər çəkilib, paytaxtda və bölgələrdə nümayiş olunub. İşğaldan azad olunmuş ərazilərdə Olimpiya çempionları ilə birlikdə belə filmləri nümayiş etdirmək builki planımıza daxildir. Çalışmalıyıq ki, çempionlarımızı gənc nəslə tanıdaq. Film sahəsində "qadınlar idmanda” mövzusu da hər zaman maraq kəsb edir. Bu gün idmanda və həyatda böyük uğur qazanan qadınlar var. Onların keçdiyi həyat yolunun ekranlaşdırılması da maraqlı olardı. Bir sözlə, mövzular zəngindir. İnanıram ki, bundan sonra birlikdə səmərəli işlər həyata keçirə biləcəyik”, - deyə Çingiz Hüseynzadə qeyd edib.
Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov isə idman mövzulu filmlərin çəkilməsinin zəruriliyini bildirib.
Qurum rəsmisi "Turan” Film Festivalının Laçın şəhərində keçiriləcəyini vurğulayıb. Orxan Sadıqov həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan idmançılardan bəhs edən silsilə sənədli filmlərin ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.
Çıxışlar başa çatdıqdan sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov əməkdaşlıq memorandumu imzalayıblar.
Mərasimin sonunda xatirə şəkli çəkdirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə yelkənçiləri Bakıda
Bugün, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
Bugün, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
Bugün, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
Bugün, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
Bugün, 10:15 Olimpiya dünyası
-
Kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
09.09.2026, 13:48 Cüdo
-
Çempionlar Liqası: Liqa mərhələsinə start verildi
09.09.2026, 01:10 Futbol
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol