Bəxtiyar Rüstəmov - 65
BOK
09.01.2025, 19:50
Bəxtiyar Rüstəmov 1960-cı il yanvarın 9-da Ağdam rayonunun Gülablı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini, 2004-cü ildə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirərək təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Elmi Mərkəzində baş laborant, sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis işləyib. 1987-ci ildən “Ehtiyyat Əmək Qüvvələri” Könüllü İdman Cəmiyyətində şahmat üzrə baş məşqçi olub. 1983-1985-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdində iki illik ingilis dili şöbəsini əla qiymətlərlə bitirib. 1986-1996-cı illərdə “Baku” qəzetində şahmat güşəsinin redaktoru, 1987-ci ildən Azərbaycan Televiziyasında “Şahmat məşqçilərinin televiziya məktəbi” verilişində, sonralar isə “Şahmat klubu” verilişində aparıcı olub. 1987-ci ildən ADBTİA-nın “Tətbiqi idman növləri” kafedrasında çalışır. 1994-cü ildən akademiyanın Elmi Şurasının katibi və 1997-2015-ci illərdə Olimpiya Akademiyasının elmi katibi vəzifəsində çalışıb. 2012-2016-cı illərdə Azərbaycanda ilk dəfə olaraq yaradılmış “Şahmatın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri vəzifəsində işləyib. Hazırda AİA-nın Elmi Şurasının katibidir. Uşaq yaşlarından şahmatla məşğul olmağa başlayan Bəxtiyar Rüstəmov 1982-ci ildə şahmat məsələlərinin əyani həlli üzrə Azərbaycan çempionu, 1985, 1987, 1991-ci illərdə şahmat məsələlərinin tərtibi üzrə Azərbaycan çempionu, şahmat üzrə keçmiş SSRİ çempionatının yarımfinal yarışlarının iştirakçısı olub. 1993-cü ildə Azərbaycan Respublikasının idman ustası, 1997-ci ildə isə şahmat üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülüb. 1992-2004-cü illərdə Azərbaycan Şahmat Federasiyasının baş katibi olub. Şahmat məsələlərinin tərtibi üzrə də uğurlar qazanıb. Onun bəstələdiyi şahmat məsələləri dünyanın bir çox şahmat jurnalında, o cümlədən Almaniya, Şotlandiya, Çexiya, Rusiya, Belarus və s. dövlətlərdə nəşr edilib. Bütün bunlarla yanaşı, o, məşqçilik fəaliyyəti ilə də məşğul olub. 1996-2006-cı illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində (indiki Gənclər və İdman Nazirliyi) şahmat üzrə dövlət məşqçisi vəzifəsi ona həvalə olunub. Azərbaycan şahmatçılarının müvəffəqiyyətində onun da əməyi var. Onun yetirmələrindən P.İsmayılova və M.Şükürova beynəlxalq usta adını qazanıb, P.İsmayılova isə 10 yaşınadək qızlar arasında dünya çempionu olmuş, S.Davidov, T.Fərzəliyev isə Avropa və dünya birinciliklərinin iştirakçısı, bir sıra beynəlxalq şahmat turnirlərində qalib olub və mükafata layiq yerlər tutublar. O, 7 idman ustası hazırlayıb. Bütün bunlara görə 2003-cü ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi adına layiq görülüb. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona “Tətbiqi İdman növləri” kafedrası üzrə dosent elmi adı verilib. 2007-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində “Yanan bərk yanacaqda əmələ gəlmiş çatların artmasının riyazi modelləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adı verilib. 2013-cü ildə AMEA-nın Riyaziyyat və mexanika İnstitutunda “Yanan deformasiya olunan bərk cismin dağılması” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsini alıb. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona “Şahmatın nəzəriyyəsi və metodikası” kafedrası üzrə professor elmi adı verilib. 2017-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı yüksək xidmətlərinə görə MDB ölkələri Parlamentlərarası döş nişanı ilə mükafatlandırılıb. 11 fevral 2021-ci ildə ADBTİA-nın 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Əməkdar Bədən Təbiyəsi və İdman Xadimi” adıa layiq görülüb. 100-ə yaxı elmi, elmi-metodiki əsərin, o cümlədən 7 dəslik, 2 dəs vəaiti, 1 metodiki vəait, 9 təris proqramın müəllifidir. 18 dekabr 2021-ci ildə İdman Akademiyasının elmi katibi Bəxtiyar Rüstəmovun “Leyla Khazari Art Gallery”da ziyarətçilərə sənət əsərlərindən zövq almaq və Azərbaycanın məşhur sənətkarlarının yaradıcılıq dünyası ilə tanış olmaq imkanı verən qalereyada, “Art-Debüt” adlı fərdi rəsm sərgisi keçirilib. Professor Bəxtiyar Rüstəmovun ilk fərdi sərgisində 11 yağlı boya, 12 qrafika, 9 kağız üzərində akril ilə işləmə və 2 ağacoyma işi təqdim olunub. Bəxtiyar Rüstəmovu 65 illik yubiley münasibəti ilə təbrik edir, ona bu yorulmaz fəaliyyətində uğurlar diləyirik.
Dilqəm Quliyev, pedaqogika üzrə elmlər doktoru, professor
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
Bugün, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
21.09.2026, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
21.09.2026, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol