Dünya Kubokunun açılış mərasimi keçirildi
BOK
09.01.2025, 23:20
Ölkəmiz daha bir mötəbər idman turnirinə ev sahibliyi edir. Bu gün Şahdağda xizək alpinizmi üzrə Dünya Kubokunun açılış mərasimi təşkil olunub. Mərasimdə çıxış edən Beynəlxalq Xizək Alpinizm Federasiyasının baş katibi Cordi Kanals Dünya Kubokunun təşkili üçün Azərbaycanın həyata keçirdiyi hazırlıq işlərini və bu idman növünün inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib.
Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zengstşmid 2022-ci ilin oktyabr ayından etibarən Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Xizək Alpinizmi Federasiyasına üzv seçildiyini və ötən ildən başlayaraq beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaradılan dağ xizəyi üzrə Məşqçilik fakültəsinin bu idman növünün inkişafına gələcəkdə mühüm töhfə verəcəyini deyib.
Dünya Kubokunun Azərbaycanda keçirilməsinin ölkəmizin idman tarixi üçün mühüm hadisə olduğunu qeyd edən Şahdağ Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov bu yarışın idmançıların bacarıq və əzmini nümayiş etdirməklə yanaşı, onları bir araya gətirərək dostluq və həmrəylik dəyərlərinin təbliğinə xidmət etdiyini bildirib.
Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir. Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə yanvarın 10-dan 13-dək keçiriləcək.
Turnirdə Fərdi Neytral İdmançılar (AİN) olmaqla 26 ölkədən 130-a yaxın idmançı iştirak edəcək. Atletlər yanvarın 10-da sprint, 11-də vertikal və 13-də individual növlər üzrə mübarizə aparacaqlar. Yarışda Azərbaycanı Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edəcəklər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Süleyman İsmayılzadə Dakar-2026-da çıxışını 8-ci yerdə başa vurub
Bugün, 21:03 Olimpiya oyunları
-
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
Bugün, 17:53 Gimnastika
-
AFFA nümayəndələri Praqada UEFA-nın illik konfransında iştirak ediblər
Bugün, 17:00 Futbol
-
Azərbaycan üzgüçüləri Belarusdakı turnirin ilk günündə 2 medal qazanıblar
Bugün, 16:23 Su idman növləri
-
Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
Bugün, 16:13 Tennis
-
Dakar-2026: Üzgüçümüz finala vəsiqə qazandı
Bugün, 15:38 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycanın daha dörd idman növü üzrə təmsilçiləri Seneqala çatıb
Bugün, 11:55 Olimpiya oyunları
-
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
Bugün, 11:25 Gimnastika
-
Azərbaycan Superliqası: Qadın voleybolçular arasında yeni mövsüm başlayır
Bugün, 10:58 Voleybol
-
Basketbol Liqasında VI tura start verilir
Bugün, 10:05 Olimpiya dünyası
-
Üzgüçümüz bu gün Dakar-2026-da növbəti yarışına çıxacaq
Bugün, 09:40 Olimpiya oyunları
-
Zəfər Gününə həsr olunmuş “AzMİU IV Zəfər İdman Festivalı”na yekun vurulub
05.11.2026, 23:09 Olimpiya dünyası
-
Avropa çempionatından əvvəl MOK-da könüllülərlə görüş təşkil olunub
05.11.2026, 16:01 Olimpiya dünyası
-
Dakar-2026: Olimpiya kəndi Oyunlardan sonra tələbə şəhərciyinə çevriləcək
05.11.2026, 13:20 Olimpizm xəbərləri
-
DÇ-2028: Futzal millimiz bu gün Çexiya komandası ilə qarşılaşacaq
05.11.2026, 13:12 Futbol
-
Dakar-2026-da mədəni irs simvolu
05.11.2026, 13:00 Olimpizm xəbərləri
-
Şahmatçımız U-20 dünya çempionatında bürünc medal qazandı
05.11.2026, 12:49 Şahmat
-
Dakar-2026: 6 min yer üçün 23 mindən çox könüllü müraciət edib
05.11.2026, 12:41 Olimpizm xəbərləri
-
Dakar-2026-da tarixi an: Qaçqınlar komandası Yeniyetmələrin Olimpiya Oyunlarında ilk dəfə iştirak edir
05.11.2026, 12:21 Olimpizm xəbərləri
-
Dakar-2026-da yayım rekordu
05.11.2026, 12:04 Olimpiya oyunları
-
BOK prezidenti Kristi Koventri Dakar-2026-da uşunun Olimpiya debütünü yaxından izləyib
05.11.2026, 11:45 Olimpiya oyunları
-
Dakar-2026: Gənc idmançılar BOK prezidentini avarçəkmə idman növü ilə tanış ediblər
05.11.2026, 11:35 Olimpiya oyunları
-
Yeniyetmə cüdoçular Bakı birinciliyində bir araya gələcəklər
05.11.2026, 11:10 Cüdo
-
Fərid Qayıbov Avropa Şurasının idmana məsul nazirlərinin 19-cu iclasında çıxış edib
05.11.2026, 10:56 Olimpiya dünyası
-
"DH Volley" komandası CEV Çelenc Kubokunda cavab oyununa çıxacaq
05.11.2026, 10:08 Voleybol
-
Çempionlar Liqası: "Sabah" Norveç səfərindən məğlubiyyətlə qayıdır
05.11.2026, 02:00 Olimpiya oyunları
-
Dakar-2026: Çimərlik güləşi və şosse velosipedi üzrə idmançılarımız Seneqaldadır
04.11.2026, 14:48 Olimpiya oyunları
-
BOK prezidenti "Dakar-2026" qayayadırmanma stendini fəth edib
04.11.2026, 13:35 Olimpiya oyunları
-
Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
04.11.2026, 13:03 Futbol
-
Federasiya prezidenti Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
04.11.2026, 12:54 Voleybol
-
Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"in qonağı olacaq
04.11.2026, 10:00 Futbol
-
Baş məşqçi Ruslan Hətəmxanov üzgüçülərimizin Dakar-2026-dakı çıxışlarını dəyərləndirib
04.11.2026, 01:05 Olimpiya oyunları
-
Məryəm Cavadova: "Yeniyetmələrin Yay Olimpiya Oyunlarındakı çıxışımı yaxşı təcrübə kimi qiymətləndirirəm"
04.11.2026, 00:33 Olimpiya oyunları
-
Süleyman İsmayılzadə Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirib
04.11.2026, 00:19 Olimpiya oyunları