Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub. 50 ölkədən 298 (164 kişi, 134 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Tatami ustalarımız yarışı 1 qızıl və 2 bürünc medalla başa vurublar.
İlk yarış günündə Ruslan Paşayev (-66 kq) qızıl, Rəşid Məmmədəliyev (-73 kq) bürünc medal qazanıb. İkinci yarış günündə isə -81 kq çəki dərəcəsində qüvvəsini sınayan Ömər Rəcəbli bürünc medala sahib olub.
Yarışı 3 medalla başa vuran Azərbaycan cüdoçuları medal əyarına görə ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yeri tutub.