Serbiya sınağından 6 medal

Serbiya sınağından 6 medal

Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışa 6 idmançı ilə yollanan millimizin hər bir üzvü fəxri kürsüdə yer alıb.

Yığmanın heyətində Anaxanım İsmayılova (48 kq) qızıl medala layiq görülüb. Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) bürünc medala sahib çıxıb.