Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolu millisi Latviya açıq çempionatında iştirak edib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamız açıq çempionatda iki cütlə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı) çıxış edib.
Olimpiya sistemi ilə keçirilən turnirdə millimiz uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli/Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıblar. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) dördüncü yeri tutublar.
Qeyd edək ki, fevralın 8 və 9-da təşkil olunan yarışda səkkiz komanda mübarizə aparıb. Fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək Azərbaycan təmsilçisi burada daha bir neçə turnirdə iştirak edəcək.