Xizək alpinizmi üzrə millimiz Dünya Kubokunda mübarizə aparıb 

Xizək alpinizmi üzrə millimiz Dünya Kubokunda mübarizə aparıb 

Azərbaycanın xizək alpinizmi millisinin üzvləri Nəbiyulla Qələbəgiyev və Ramin Beybutov Slovakiyada keçirilən yeniyetmələr arasında Dünya Kubokunda iştirak ediblər.

Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Ruzomberok şəhərində yerləşən Malino Brdo xizək mərkəzində keçirilən yarışın sprint növündə Nəbiyulla Qələbəgiyev 9-cu yeri tutub. Komandamızın digər üzvü Ramin Beybutov isə 15-ci yerə sahib çıxıb.

Qeyd edək ki, fevralın 6-9-da təşkil olunan beynəlxalq turnirdə 11 ölkədən 22 idmançı qüvvəsini sınayıb.