Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunlarına yekun vurulacaq. Turun son oyununda "Murov Az Terminal" və "Azərreyl" komandaları münasibətlərinə aydınlıq gətirəcək. Saat 16:00-da başlayacaq oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Xatırladaq ki, ötən gün keçirilən turun ilk oyunlarında MOİK "Gənclər"ə 3:1, "Xilasedici" isə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəlib.