İdman gimnastları Milli Gimnastika Arenasında bir araya gələcəklər

İdman gimnastları Milli Gimnastika Arenasında bir araya gələcəklər

Fevralın 28-dən martın 1-dək idman gimnastikası üzrə kişilər arasında XXX, qadınlar arasında isə IX Bakı çempionatı və birinciliyi keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışlar Milli Gimnastika Arenasında təşkil olunacaq. Turnirdə həm qadın, həm də kişi idmançılar balacalar (2018-2017), kiçiklər (2016-2015), uşaqlar (2014-2013), yeniyetmələr (2012-2011), gənclər (2010-2009-2008) və böyüklər (2007 və daha böyüklər) yaş kateqoriyalarında mübarizə aparacaqlar.