Şahin İmranov: “Məqsədimiz gənclərin diqqətini yaşıllıqların qorunmasına cəlb etməkdir”

 Şahin İmranov: “Məqsədimiz gənclərin diqqətini yaşıllıqların qorunmasına cəlb etməkdir”

“Ağacəkmə aksiyasında iştirak etdiyimizə görə qürur duyuruq”.

Bu sözləri Pekin-2008 Yay Olimpiya Oyunlarının boks yarışlarının bürünc mükafatçısı Şahin İmranov "Hərbi Qənimətlər Parkı”nda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə MOK-un təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası zamanı deyib.

Olimpiya mükafatçısı idman günündə idman ictimaiyyətinin nümayəndələrini bir araya topladığı üçün Milli Olimpiya Komitəsinə minnətdarlığını bildirib.

“İlk növbədə qarşıdan gələn 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə idman ictimaiyyətinin nümayəndələrini təbrik edirəm. Bayram ərəfəsində Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə ağacəkmə aksiyasında iştirak etdik. Tədbirdə veteran idmançı kimi iştirak etdiyimə görə qürur duyuram. Biz də ağac əkməklə ekologiyaya öz töhfəmizi veririk. Aksiyaya qoşulmaqda məqsədimiz atmosferi oksigenlə zənginləşdirmək, ətraf mühiti qorumaq və gənclərin diqqətini yaşıllıqların qorunmasına cəlb etməkdir”, - deyə Şahin İmranov qeyd edib.

 Şahin İmranov: “Məqsədimiz gənclərin diqqətini yaşıllıqların qorunmasına cəlb etməkdir”