Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı ilə gənclər və idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazir Fərid Qayıbov qurumun baş katibi İsiaka Abdulqadir İmamla görüşüb. Nigeriyada keçiriləcək ll gənclərə məsul nazirlər iclasında iştirak və ölkəmizdə gənclər mübadiləsinin təşkili barədə fikir mübadiləsi aparılıb.
Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının I direktoru Əhmər İsmayıl, II direktoru Puncul Nuqraha, icraçı müavin Məhəmməd Bilal Xan və digər məsul şəxslər də iştirak ediblər.