Msili Premyer Liqası: Bu gün 26-cı turun daha iki oyunu keçiriləcək

Msili Premyer Liqası: Bu gün 26-cı turun daha iki oyunu keçiriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək. Günün ilk oyunu "Şamaxı" və "Sabah" komandaları arasında olacaq. Saat 15:00-da başlayacaq oyun Şamaxı şəhər stadionunda keçiriləcək. Bölgə təmsilçisi 24 xalla 7-ci, Bakı klubu isə 34 xalla beşinci sıradadır.

Günün ikinci matçında isə "Zirə" komandası "Səbail"lə qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyunun start fiti 17:30-da səslənəcək. Qəsəbə təmsilçisi hazırda 48 xalla ikinci, "dənizçilər" isə 18 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.