Boksçumuz dünya çempionatına qələbə ilə başladı 

Boksçumuz dünya çempionatına qələbə ilə başladı 

Azərbaycanın qadın boksçusu Marjona Savriyeva (50 kq) Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, millimizin üzvü debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb.

Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davam etməsinəicazə verməyiblər. İlk raundu xeyrinə bitirən M.Savriyeva mərhələ adlayıb.

O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.

Qeyd edək ki, mundialın ikinci günündə Azərbaycanın 2 boksçusu gücünü yoxlayacaq.