"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerasını "Barselona"da davam etdirə bilər. Sport Diario xəbər verir ki, misirli futbolçunun agentləri Kataloniya klubundan təklif gözləyir. Salahın bu keçidi baş tutarsa, klub La Liqanın maliyyə tələblərini ödəyə bilməsi üçün onun maaşında ciddi endirim etməli olacaq. Məlumat üçün bildirək ki, Salah bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 30 qol vurub və 22 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.
Salah La Liqa təmsilçisindən təklif gözləyir?
