Bu gün Azərbaycan Basketbol Liqasında XVIII turun oyunlarına start veriləcək. Günün yeganə matçında "Lənkəran" "Quba" ilə qarşılaşacaq.
Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq oyunun start fiti saat 14:00-da səslənəcək.
"Quba" B qrupunda 21 xalla beşinci, "Lənkəran" 20 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.