Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkü atılıb
BOK
12.03.2025, 19:30
Bu il Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca mundialın tanıtım videoçarxı və kuboku, eləcə də maskotu Maralzadə ictimaiyyətə təqdim olunub. Dünya Minifutbol Federasiyanın (WMF) prezidenti Filip Juda dünya çempionatına ev sahibliyinə görə Azərbaycana təşəkkür edib. O, mundialın yüksək səviyyədə keçiriləcəyinə inamını ifadə edib. Azərbaycanda son illər nüfuzlu beynəlxalq yarışların təşkil edildiyini xatırladan gənclər və idman naziri Fərid Qayıbov Bakının minifutbol üzrə dünya çempionatına da uğurla ev sahibliyi edəcəyini vurğulayıb. AFFA-nın prezidenti Rövşən Nəcəf belə bir turnirin Azərbaycanda keçirilməsinin böyük idman hadisəsi olduğunu bildirib. Azərbaycan Minifutbol Federasiyanın prezidenti Orxan Məmmədov dünya çempionatı kimi yarışa ev sahibliyi etməyin qürurverici olduğunu söyləyib. O, qeyd edib ki, bu, təkcə bir idman yarışı deyil, həm də xalqları birləşdirən hadisədir. O.Məmmədov sonda mundiala ev sahibliyini Azərbaycana həvalə edən Dünya Minifutbol Federasiyana təşəkkürünü bildirib. Turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək. Qeyd edək ki, Dünya Minifutbol Federasiyası tərəfindən beşinci dəfə təşkil ediləcək mundialın son qalibi Rumıniya yığması olub. Çıxışlardan sonra 2015-ci ildən keçirilmiş minifutbol üzrə dünya çempionatının tarixindən bəhs edən video göstərilib. Ardınca “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, Azərbaycan minifutbol millisinin sabiq üzvü, Avropa çempionu Seymur Məmmədov və Portuqaliya futbolunun əfsanəsi Luiş Naninin iştirakı ilə püşkatma mərasimi keçirilib və qrupların tərkibi müəyyənləşib. Elşad Quliyevin baş məşqçi olduğu yığmamız Mavritaniya, Sloveniya və Bəhreyn komandaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.
A qrupu: Azərbaycan, Mavritaniya, Sloveniya, Bəhreyn B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa G qrupu: Çexiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Argentina H qrupu: Serbiya, Qana, İspaniya, İsrail
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan boks tarixində ilk
09.06.2026, 17:35 Gündəm
-
MOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
09.06.2026, 12:49 MOK
-
"Judo Club 2012" klubunda ümumrespublika seminarı keçirilib
09.06.2026, 11:51 Olimpiya dünyası
-
Millimiz bu gün San Marino yığması ilə qarşılaşacaq
09.06.2026, 10:26 Futbol
-
Olimpiya mükafatçımız U-17 millisinin böyük məşqçisi təyin edildi
08.06.2026, 22:14 Son xəbər
-
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
08.06.2026, 19:51 AMADA
-
MPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
08.06.2026, 19:16 Olimpiya dünyası
-
Azərbaycan və Serbiya idman sahəsində əməkdaşlığı genişləndirəcək
08.06.2026, 18:59 Olimpiya dünyası
-
Qəhrəmanlıq tariximizə şərəf qatanlar
08.06.2026, 18:05 Olimpiya dünyası
-
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib
08.06.2026, 16:25 Futbol
-
Azərbaycanın kişi tennisçilərdən ibarət yığması “Davis Cup”da iştirak edəcək
08.06.2026, 15:55 Tennis
-
Azərbaycan kanoeçisi Avropa çempionatında mübarizə aparacaq
08.06.2026, 15:37 Olimpizm xəbərləri
-
Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazandılar
08.06.2026, 15:21 Gimnastika
-
Millimizin baş məşqçisi Vyetnamda təlim keçib
08.06.2026, 13:25 Güləş
-
Məşqçilər üçün seminar təşkil edilib
08.06.2026, 12:32 Taekvondo
-
Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
08.06.2026, 11:49 Güllə atıcılığı
-
Helsinborqda bürünc medal
08.06.2026, 11:40 Tennis
-
Şahmatçımızdan uğurlu başlanğıc
08.06.2026, 10:47 Olimpizm xəbərləri
-
Bakıda keçirilən beynəlxalq tennis turniri başa çatıb
08.06.2026, 10:10 Tennis
-
Monako Qran-prisinin qalibi müəyyənləşdi
08.06.2026, 01:58 Formula 1
-
Dünya Kubokunda dördüncü yer
08.06.2026, 01:21 Basketbol
-
Azərbaycanın minifutbol millisi azarkeşlərlə görüşüb
08.06.2026, 00:55 Futbol
-
Olimpiya mükafatçımız Romada medalçılar sırasında yer aldı
07.06.2026, 23:27 Taekvondo
-
Parataekvondoçularımız "Prezident Kuboku"nda üç medal qazanıblar
07.06.2026, 23:19 Taekvondo
-
SOCAR minifutbol komandası III Dünya Korporativ Oyunlarının qalibi olub
07.06.2026, 21:49 Futbol
-
Monako Qran-prisinin qalibi müəyyənləşdi
07.06.2026, 21:38 Formula 1
-
Dünya çempionatının növbəti oyunları keçirilib
07.06.2026, 21:34 Olimpiya dünyası
-
Tallin sınağı üç medalla yadda qaldı
07.06.2026, 20:25 Cüdo
-
Voleybol yığmamız İsveçə də məğlub oldu
07.06.2026, 19:50 Voleybol
-
Qadın voleybol yığmamız Estoniyaya qalib gəldi
07.06.2026, 19:36 Voleybol
-
Xatirə turnirinin qalibləri mükafatlandırılıb
07.06.2026, 16:39 Cüdo
-
Su İdman Növləri Federasiyası “Classics & Supercars” avtomobil festivalında iştirak edib
07.06.2026, 16:23 Fotoqalereya
-
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
07.06.2026, 15:07 Futbol
-
Millimiz Lüksemburq və İrlandiya ilə oyunlara hazırlığa başlayıb
07.06.2026, 13:17 Basketbol