Neymar üçün üzücü xəbər

Neymar üçün üzücü xəbər

Futbol üzrə Braziliya milli komandasının üzvü Neymar zədə səbəbindən komandanın heyətindən kənarlaşdırılıb. "Santos" klubunun heyətində zədələnən hücumçu 1,5 illik fasilədən sonra dəvət aldığı millidən uzaq qalıb.

Qeyd edək ki, Braziliya millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunlarında martın 21-də evdə Kolumbiya, 5 gün sonra isə səfərdə Argentina ilə qarşılaşacaq.