Ağdaş və Kürdəmir Olimpiya İdman Kompleksinin nəzdində cüdo zalları fəaliyyətə başlayıb.
Azərbaycan Cüdo Federasiyasından (ACF)verilən məlumata görə, açılış mərasimlərində ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, kişilərdən ibarət yığma komandanın böyük məşqçisi Elxan Məmmədoviştirak edib.
Həmçinintədbirlərə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələri, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və digər rəsmilər də qatılıblar.
Cüdo zalları Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib.