Boksçularımız qarşıdakı yarışlara Göygöldə hazırlaşırlar

Boksçularımız qarşıdakı yarışlara Göygöldə hazırlaşırlar

Kişi boksçulardan ibarət Azərbaycan yığması Göygöldə təlim-məşq toplanışında iştirak edir.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, hazırlıq prosesində Ravşan Xocayevin baş məşqçisi olduğu yığmamız heyətində 31 boksçu yer alıb. Məşqlərdə əsas diqqət texniki-taktiki hazırlığa yönəlib.

Qeyd edək ki, hazırlıq prosesi martın 25-də başa çatacaq.