Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş boks üzrə Cəlilabad rayon Uşaq Gənclər İdman Məktəbinin turniri keçirilib. Yarışda 13 çəki dərəcəsi üzrə 53 idmançı iştirak edib. Qalib gələn idmançılar yarışın təşkilatçısı tərəfindən diplom və medallarla təltif olunublar.
Novruz bayramına həsr olunmuş boks yarışı keçirilib
