"İdman hamı üçün" layihəsi çərçivəsində keçirilən tədbir böyük maraqla qarşılanıb

"İdman hamı üçün" layihəsi çərçivəsində keçirilən tədbir böyük maraqla qarşılanıb

Martın 15-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev parkında "İdman hamı üçün" layihəsi çərçivəsində atletika, boks, gimnastika, voleybol, dama, şahmat idman növləri nümayiş etdirilib. Tədbirdə Lənkəran şəhər UGİM-in kollektivi, rayon sakinləri və könüllü gənclər əyləncəli idman oyunlarında iştirak ediblər. Şəhər sakinlərinin böyük marağına səbəb olan idman tədbiri “Sağlam məhəllə” idman zonasında davam etdirilib.

Kütləvi idman tədbirinin təşkilində məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.