Lommel sınağı 11 medalla yadda qaldı

Lommel sınağı 11 medalla yadda qaldı

Azərbaycanın yeniyetmə taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən açıq beynəlxalq turnirdə 11 medal qazanıblar.

AzərbaycanTaekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, medallardan altısının əyarı qızıl, biri gümüş, dördü isə bürüncdür. Komandamızın üzvlərindən Mədinə Aslanlı (29 kq), Eda Eren (55 kq), Tapdıq Quluzadə (33 kq), Ədiş Cəlilov (49 kq), Elmir Səlimov (53 kq) və Rəsul Cavadzadə (61 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yusif Nağızadə (57 kq) ikinci yerlə kifayətlənib. Fidan Muxtarzadə (29 kq), Aysu Aslanlı (41 kq), Əbil Mehrəli (45 kq) və Fuad Həsənov (+65 ) isə bürünc medala sahib çıxıblar.