MOK-da Azərbaycan Kino Agentliyi ilə görüş keçirilib
MOK
25.05.2026, 15:41
Mayın 25-da Milli Olimpiya Komitəsinin inzibati binasında (MOK) Azərbaycan Respublikası Kino Agentliyinin rəhbərliyi ilə görüş keçirilib.
Olimpnews.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, mətbuat katibi Murad Fərzəliyev, Beynəlxalq Proqramlar idarəsinin müdiri Ceyhun Rəhmanov, marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva, Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Azərbaycan Kino Agentliyi direktorunun köməkçisi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Rüfət Qarazadə və Azərbaycan Kinomatoqrafçıları İttifaqı idarə heyətinin üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki, rejisor, prodesur Arzu Qulamov iştirak edib.
Görüş Milli Olimpiya Komitəsi ilə Azərbaycan Kino Agentliyi arasında Azərbaycan idmanı və idman nailiyyətlərinin kino vasitəsi ilə birgə təbliği məqsədiylə keçirilib.
Görüşdə bildirilib ki, Azərbaycan kinosunda idman və olimpizm mövzusunda bədii, sənədli filmlər üçün ssenarilərin yazılması, qısa və tammetrajlı filmlərin çəkilməsi təşəbbüslərini dəstəkləmək, inkişaf etdirmək, beynəlxalq idman filmləri festivalının daimi keçirilməsi üçün qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək zəruridir. Qeyd olunub ki, Azərbaycanın müxtəlif bölgələrində və azad olunmuş ərazilərdə yaşayan vətəndaşlara idman filmlərini, sağlam həyat tərzini, olimpizm prisiplərini təbliğ etmək, müzakirələr və görüşlər təşkil etmək üçün yaxın günlərdə lazımi tədbirlər görüləcəkdir.
Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idman mövzusunda bədii filmlərin çəkilməsinin vacibliyindən danışıb. O bildirib ki, 1990-cı illərin əvvəllərində ölkədə idman sahəsində xeyli çətinliklər var idi:
“1995-ci ildə ümummilli lider Heydər Əliyevin idmançılarla görüşünü təşkil edərkən Olimpiya idman növlərində ciddi nailiyyəti olan idmançı tapmaq çətin idi. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra isə Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafında yeni mərhələ başlandı. İdmançıların sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atıldı, federasiyaların fəaliyyətində dönüş yarandı. İlk növbədə idmançıların məişət şəraitinin yaxşılaşdırılması, müxtəlif kateqoriyadan olan idmançılara təqaüdlərin verilməsi, idmandan uzaq düşmüş mütəxəssislərin geri qaytarılması, uşaqların və yeniyetmələrin idmana cəlb olunması, yeni idman məktəblərinin açılması kimi məsələlər öz həllini tapdı. Bundan sonra Olimpiya çempionları haqqında filmlərin çəkilməsi ilə bağlı qərar qəbul olundu. Bu filmlər vasitəsilə xalqımıza göstərdik ki, Azərbaycanın böyük çempionları var. Olimpiya çempionlarımız xalqımızın qələbə ruhunu, fiziki və mənəvi gücünü nümayiş etdirirlər. Onlar haqqında çəkilən filmlər paytaxtda və bölgələrdə nümayiş olunub. Çalışmalıyıq ki, çempionlarımızı gənc nəslə daha yaxından tanıdaq. İnanıram ki, bundan sonra da birlikdə səmərəli layihələr həyata keçirəcəyik”.
Daha sonra çıxış edən Rəşad Əzizov idman mövzusunun Azərbaycan kinosu üçün böyük potensiala malik olduğunu vurğulayıb. O bildirib ki, idman yalnız yarış və nəticələrdən ibarət deyil, həm də əzmkarlıq, vətənpərvərlik və qələbə ruhudur.
Rəşad Əzizov qeyd edib ki, Olimpiya çempionları və tanınmış idmançılar haqqında filmlərin çəkilməsi və onların filmlərdə koskadyor kimi iştirak etməsi gənc nəslin formalaşmasında mühüm rol oynaya bilər: “Bu cür ekran əsərləri həm tarixi yaddaşın qorunmasına xidmət edir, həm də gəncləri sağlam həyat tərzinə və idmana marağa təşviq edir. Azərbaycan idmanının zəngin uğur salnaməsi kino üçün geniş imkanlar açır və bu istiqamətdə yeni layihələrin hazırlanması vacibdir”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İdman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib
Bugün, 21:44 Olimpiya dünyası
-
ÖMÜR DƏ BİR DASTANDIR HƏR KƏS BACARA BİLDİYİNİ YAZIR
Bugün, 15:28 Olimpiya dünyası
-
Bakıda cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram təşkil ediləcək
Bugün, 11:24 Cüdo
-
Çempionlar Lİqası: "Sabah" Bakıda "Barselona"nı qəbul edəcək
Bugün, 10:02 Futbol
-
Boksçumuz Avropa çempionu oldu
24.11.2026, 18:52 Boks
-
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu olub
24.11.2026, 18:03 Boks
-
Azərbaycan Cüdo Federasiyası “Cüdo bizə yad deyil!” imic filmini təqdim edib
24.11.2026, 11:18 Cüdo
-
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsində iştirak edib
23.11.2026, 22:40 Olimpiya dünyası
-
Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeirində pedaqoji-psixoloji aspektlər
23.11.2026, 14:56 Gündəm
-
Qədim idman ənənələrinə malik Qazax 2026-cı ildə Azərbaycanın idman mərkəzinə çevrilib
23.11.2026, 11:22 Olimpiya dünyası
-
Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
23.11.2026, 11:01 Boks
-
Azərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
21.11.2026, 20:28 Gündəm
-
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
21.11.2026, 20:20 Cüdo
-
Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub
20.11.2026, 14:46 Güləş
-
Parataekvondoçumuz dünya çempionatında qızıl medal qazanıb
20.11.2026, 13:08 Taekvondo
-
Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək
20.11.2026, 12:38 Gündəm
-
Prezident İlham Əliyevin Qazax rayonunun idman obyektlərinə səfərləri və idmanın inkişafına göstərdiyi diqqət
20.11.2026, 12:09 Olimpizm xəbərləri
-
U-20 millimiz növbəti yoldaşlıq oyununu keçirəcək
20.11.2026, 11:20 Futbol
-
Bakıda Xüsusi Olimpiya Avropa badminton turnirinin açılış mərasimi keçirilib
19.11.2026, 22:52 Olimpiya dünyası
-
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
19.11.2026, 18:30 Su idman növləri
-
Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib
19.11.2026, 18:16 Futbol
-
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
17.11.2026, 09:33 Gündəm
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
17.11.2026, 08:20 Gündəm
-
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
17.11.2026, 00:35 Gündəm
-
Elnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
15.11.2026, 04:45 Olimpiya oyunları
-
Adil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
15.11.2026, 04:39 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
15.11.2026, 04:31 Olimpiya oyunları
-
Anar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
15.11.2026, 04:25 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
15.11.2026, 03:40 Olimpiya oyunları
-
Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
14.11.2026, 15:06 Gündəm
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
13.11.2026, 23:32 Olimpiya oyunları
-
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
13.11.2026, 15:00 Olimpiya oyunları
-
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
13.11.2026, 13:30 Boks
-
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
13.11.2026, 12:09 Olimpiya oyunları